19 Aprel 2024
Yəhudilərlə başlayan ömür.

Yəhudilərlə başlayan ömür.

22 May 2020
Baxış: 2948

Yəhudilər doğuluşdan müdrik və ağıllı xalq sayılır. Bu xalq tarix boyu bir çox hücumlara və genosidlərə məruz qalıb. Bununla belə dünyadakı nüfuzlarını indiyədək qoruyub saxlayıblar. Bu sözləri öz müsahibəsində, ajmedia.info saytına hüquq eksperti Qasimova Samirə bildirmişdir.

"Yəhudilərin ən yaxın dostuyam. Mənim bir neçə yəhudi dostum var , onlar möhtəşəmdirlər". deyə o bildirmişdir.
Yəhudi xalqına nifrət püskürən insanların zaman anlayışından danışmağa belə, haqqı yoxdur. Çünki biz zaman anlayışını bir yəhudidən Albert Eynşteyndən öyrəndik.
Heç bir siyasi hadisə bu xalqın fövqəladə qüdrətinə ləkə sala bilməz. Nə olursa olsun…
İnsanları xəstəliklərdən, ağrılardan, bəlalardan, ölümdən xilas edən, bəşərə saysız-hesabsız texnoloji avadanlıqlar, tibbi inqilablar, elmi, bədii əsərlər bəxş edən bir xalq bütün hallarda alidir və sevgiyə, rəğbətə layiqdir.

Həmişə mənə ən çox verilən suallardan biri isə bu sual olub "Niyə bu qədər çox bağlısan yəhudilərə ?"
Yəhudilər hazırda Bakı, Sumqayıt, Quba və Oğuz rayonunda yaşayırlar. Qırmızı qəsəbə, Azərbaycanda Dağ Yəhudilərinin sayına görə ən sıx məskunlaşılan ərazidir.
Qubada çox tez tez oluram , Qırmızı Qəsəbini görmək, yəhudilərin mənəvi dəyərlərini, onların tarixini hiss etmək gözəl duyğudur, çünki ömrüm yəhudilərlə başlayib.
Mən Qırmızı Qəsəbədə anadan olmuşam, amma yəhudi deyiləm.
Bir yəhudi ailəsi ilə yaşayıb, böyümüşəm. Mənim anama hər bir işində kömək ediblər .
Gecələr mən ağlayanda, məni yəhudi nənə qucağına alıb, laylay oxuyub. Anamın sözlərinə görə mən ancaq yəhudi nənənin qucağında yuxuya gedirdim. Hal hazırda mən yəhudi adət-ənənləri və yəhudi dilini öyrənməyə çalışıram. Arzum Israilə getmək, dunyanın tarixi yerlərini görməkdir.

Və indi o sualın cavabı məhz belə olacaq. Yəhudilər kiminsə çətinliyi olarsa, kömək əsirgəməzlər. Birinin çətin anı olursa, yanında olurlar, lazım olan köməyi edirlər. Yalanı sevmirlər və kim üçünsə nəsə bir yaxşılıq edirlərsə, bunu bildirməzlər. Söz verdikləri işi edərlər. Məncə, bunlar insanda ən böyük müsbət cəhətdir. İşdə düzgünlüyü, dəqiqliyi çox sevirlər. Bu kimi xüsusiyyətlərini bəyənirəm.

Nəsimi Əbilov