29 Mart 2024
"Yəhudilərə və İsrailə düşmən gözü ilə baxanlar vətəndaşımız ola bilməsin" - Deputatdan TƏKLİF - VİDEO

09 İyun 2021
Baxış: 911

Almaniyanın Xristan Demokrat İttifaqı Partiyasından olan depuatat Matias Middelberq maraqlı təkliflə çıxış edib.

AJMEDİA.info-nun məlumatına görə, "Neue Osnabrücker Zeitung"a açıqlama verən deputat Almaniya vətəndaşı ola bilmək kriteriyalarına antisemit olmamaq şərtinin də əlavə edilməsini istəyib.

O bildirib ki, "Vətəndaşlıq haqqında qanun"da "antisemit fəaliyyətlər göstərmiş şəxslər Almaniya vətəndaşı ola bilməzlər" şərti xüsusi vurğulanmalıdır.

Middelberq antisemit fəaliyyətlərə nələrin daxil olduğunu da açıqlayıb.

"İctimaiyyət önündə yəhudilərə qarşı nifrət saçan, İsraili müstəqil dövlət kimi qəbul etməyən, İsrail bayrağını yandıran və başqa bir tərzdə təhqir edənlər alman vətəndaşı ola bilməzlər" - deputat qeyd edib.