25 Aprel 2024
Yəhudi xeyriyyəçiləri tədqiqat üçün Oksforda 80 milyon funt sterlinq ayırdılar

Yəhudi xeyriyyəçiləri tədqiqat üçün Oksforda 80 milyon funt sterlinq ayırdılar

18 İyun 2020
Baxış: 578

Yəhudi qardaşları David və Simon Reubenə məxsus olan Reuben Fondu Oksford Universitetinə 80 milyon funt sterlinq (100 milyon dollardan çox) ayırıb.

Bu vəsait universitetdə yeni bir aspirant kollecinin yaradılması üçün istifadə ediləcək, orada hüceyrələr, süni intellekt və iqlim dəyişikliyi öyrəniləcəkdir.

Təqribən 15 milyon yeni proqram çərçivəsində oxuyan tələbələr üçün xidmət təqaüdünə gedəcək, daha 9 milyonu, az gəlirli məzun tələbələr üçün təqaüd ödəməyə gedəcəkdir.

Reuben Kolleci 2021-ci ilin sentyabrında açılacaq. Bu, otuz ildə Oksford Universitetində ilk yeni aspirantura kolleci olacaq.

Yeri gəlmişkən, 2020-ci ildə Reuben qardaşları, Böyük Britaniyanın ən varlı beş adamı arasında yer alıblar, onların arasında Odessada doğulmuş yəhudi iş adamı Len Blavatnik də vardır.