24 Aprel 2024
Yəhudi əslli azərbaycanlı müğənni 3-cü dəfə ATA OLACAQ

Yəhudi əslli azərbaycanlı müğənni 3-cü dəfə ATA OLACAQ

08 Dekabr 2021
Baxış: 2373

Əməkdar artist Xəyyam Nisanov yenidən ata olacaq.

AJMEDİA.İNFO bildirir ki, 3-cü dəfə qız atası olmağa hazırlaşan sənətçi bu barədə ilk dəfə MTV-də yayımlanan “Üzə-düz” proqramında məlumat verib.

“Tezliklə üçüncü qızım olacaq. Deyirlər ki, üç qızı olan cənnətlikdir. Dostlarımla zarafat edirəm ki, sizi cənnətin qapısında gözləyəcəm. Çox sevinirəm ki, üçüncü övladım qız olacaq. İnşallah, Allah mənə oğul övladı da qismət edər”, - Xəyyam bildirib.

Qeyd edək ki, Xəyyam 2017-ci ildə Nərmin adlı xanımla ailə həyatı qurub. Onun bundan öncə 2 qızı dünyaya gəlib.