23 Aprel 2024
Yaponiyanın Suvanosecima adasında yerləşən vulkan püskürüb

Yaponiyanın Suvanosecima adasında yerləşən vulkan püskürüb

28 Dekabr 2020
Baxış: 1399

Dekabrın 28-də səhər saatlarında Yaponiyan cənub-qərbində yerləşən Kaqoşima prefekturası ərazisində vulkan püskürməsi baş verib.

AJM Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, Suvanosecima adasında yerləşən vulkan yerli vaxtla saat 2:48 dəqiqədə püskürüb. Agentlik vulkan təhlükəsinin səviyyəsini beş ballıq sistem üzrə üçüncü dərəcəyədək yüksəldib.

Mövzu ilə bağlı təşkil olunan mətbuat konfransında agentliyin nümayəndəsi bildirib ki, püskürmə nəticəsində Otake kraterindən 1,3 kilometr məsafədə iri daşlar səpələnib.

Qeyd edilir ki, burada yaşayış məskəni kraterdən təqribən 4 kilometr məsafədə yerləşir. Yerli hakimiyyət orqanlarının məlumatına görə, dekabrın 1-də həmin qəsəbədə 81 nəfər sakin olub.

Meteoroloji Agentliyin nümayəndəsi kraterdən 2 kilometr radiusda iri daşların düşməsinin gözlənildiyi barədə xəbərdarlıq da edib.

Yerli əhalidən vulkanik kül və kiçik daşların düşməsi ilə bağlı əlavə ehtiyat tədbirlərinin görülməsi xahiş olunub.

Teqlər: Yaponiya