29 Mart 2024
"Yalnız buna görə məyusam..." - Xumarı xilas etməyə çalışarkən xəsarət alan gömrükçü

"Yalnız buna görə məyusam..." - Xumarı xilas etməyə çalışarkən xəsarət alan gömrükçü

13 May 2022
Baxış: 469

İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan gömrük işçisi evə buraxılıb.

AJMEDİA.İNFO xəbər verir ki, 37 yaşlı Zahid Niyazov bununla bağlı özü məlumat paylaşıb.

O qeyd edib ki, artıq müalicəsini ev şəraitində davam etdirir:

"Artıq hər şey yaxşılaşıb. Sağlamlığıma qovuşduğuma görə əziyyəti keçən hər kəsə, həkimlərə təşəkkürümü bildirəm. Vəziyyətimlə maraqlanan hər kəsə minnətdaram. Çəkdiyim ağrı-acıya görə peşman deyiləm. Əfsuslar olsun ki, 17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm, məyusam. Xumar balanın valideynlərinə başsağlığı verirəm. Allahdan o gözəl balamıza rəhmət diləyirəm".

Xatırladaq ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb.