28 Mart 2024
Xəstə yaxınları tərəfindən döyülən tanınmış ginekoloq: “Şikayət ərizəmi vermişəm”

Xəstə yaxınları tərəfindən döyülən tanınmış ginekoloq: “Şikayət ərizəmi vermişəm”

15 Noyabr 2021
Baxış: 556

Xəbər verdiyimiz kimi, bu gün Sabirabad rayonunda hamilə qadının vəfatı və xəstə yaxınlarının həkimi döyməsilə bağlı məlumat yayılıb.

AJMEDİA.İNFO
azxeber.com-a istinadən xəbər verir ki, xanım həkim faktla bağlı ekspertizadan keçib:

"Ekspertizadan keçmişəm, lazım olan orqanlara şikayət ərizəmi vermişəm".

Qeyd edək ki, 20 yaşlı Yeganə Mirzəyeva hamiləlik ilə əlaqədar yaşadığı Sabirabad rayonunda mərkəzi xəstəxananın doğum şöbəsinə aparılıb.

Ona orada tanınmış həkim-ginekoloq Lalə Kazım müayinə edib. Həkim daha sonra hamiləni Bakıdakı xəstəxanalardan birinə göndərib. Hamilə həmin xəstəxanada ölüb. Bundan sonra Y.Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək, Lalə Kazımı ittiham edib və onu döyüb.