19 Aprel 2024
"Xarıbülbül" festivalında Azərbaycan yəhudilərinin möhtəşəm çıxışı - VİDEO

"Xarıbülbül" festivalında Azərbaycan yəhudilərinin möhtəşəm çıxışı - VİDEO

13 May 2021
Baxış: 958

Xəbər verdiyimiz kimi, ötən gün Şuşada tarix yazan şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "Xarıbülbül" musiqi festivalı keçirilib.

AJMEDİA.info xəbər verir ki, festivalda Azərbaycan Prezidenti İlham Əliyev və ailəsi də iştirak edib.

Multikulturalizm ənənəsi çərçivəsində təşkil olunan musiqi festivalında Azərbaycanda yaşayan bütün etniklər öz mədəni nümunələrini təqdim ediblər.

Ölkənin xeyir və şərində heç bir zaman geridə qalmayan, öz dəstəyini əsirgəməyən Azərbaycan yəhudiləri də öz maraqlı çıxışları ilə festivala töhfə veriblər.

Həmin görüntüləri təqdim edirik: