19 Aprel 2024
Xankəndidə ermənipərəst Saxarova abidə qoyuldu -“Sülhməramlı”ların iştirakıyla…- VİDEO

Xankəndidə ermənipərəst Saxarova abidə qoyuldu -“Sülhməramlı”ların iştirakıyla…- VİDEO

22 May 2022
Baxış: 518

“Moskvada yoxa çıxan abidə Qarabağda – Xankəndidə tapılıb – üzərində “Cəsarətli olun, ermənilər, işiniz haqq işidir” yazısı ilə…”

Xankəndidə Rusiyada fəaliyyət göstərən “Taşir” fondunun dəstəyi ilə fizik, SSRİ Elmlər Akademiyasının akademiki, ermənipərəst siyasətçi və üzdəniraq “hüquq müdafiəçisi” Andrey Saxarovun abidəsinin açılışı olub. Tədbirə Rusiyanın “sülhməramlı” hərbçiləri də qatılıb…

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə erməni nəşrləri məlumat yayıb.

Qeyd olunur ki, abidənin quraşdırılması Saxarovun anadan olmasının 101-ci ildönümünə həsr olunub.

Abidənin müəllifi heykəltəraş Qriqori Pototskidir.

Separatçı rejimin dövlət naziri Artak Beqlaryan “jurnalistlərlə söhbətində abidənin ucaldılması təşəbbüsünü alqışlayıb.

“Saxarovun abidəsinin məhz bu vaxt Artsaxda ucaldılması rəmzidir”, – Beqlaryan xüsusilə qeyd edib.

Öz növbəsində tədbirdə iştirak edən Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin mayoru Vitali Fomin vurğulayıb ki, Andrey Saxarov öz adını dünya elm tarixinə qızıl hərflərlə yazıb”- erməni nəşri belə yazır.

Bu arada yenisabah.az-ın yaydığı məlumata görə, dünəndən bir çox Rusiya KİV-i Moskvadakı Muzey parkında akademik Saxarovun abidəsinin yoxa çıxdığını yazıb:

“…“Memorial” cəmiyyətinin nümayəndələri heykəlin itdiyini açıqlayıb. Onların sözlərinə görə, “Muzeon”un mühafizəsi heykəlin bərpa üçün götürüldüyünü bildirib.

Qorki parkının mətbuat xidməti mühafizəçilərin sözlərini təsdiqləyib və bildirib ki, heykəl müəllifə ötən ilin payızında təhvil verilib. Onun parka qayıtması üçün heç bir tarix verilməyib.

Telegram kanalları bu gün Xankəndi şəhərindəki məktəbin yaxınlığında Saxarovun eyni heykəlinin qoyulduğunu bildirib.

Yoxa çıxan abidə Qarabağda- Xankəndində tapılıb – üzərində “Cəsarətli olun, ermənilər, işiniz haqq işidir” yazısı ilə…

Abidənin açılışında Rusiya sülhməramlı kontingentinin mayoru Vitali Fomin iştirak edib.

Nə baş verir? Sülhməramlılar yenə təxribatla məşğuldur?..”

Zəruri xatırlatma:

Andrey Saxarov dünyaca məşhur dissident olub və 1975-ci ildə Norveçdə Nobel mükafatı alıb. Sonra o, insan hüquqları müdafiəçisi kimi çıxış etdiyinə görə totalitar rejimli sovet dövlətində, yəni SSRİ-də təqiblərə məruz qalıb. 1986-cı ildə Qərbin çox ciddi təzyiqlərindən sonra o və Krım tatarlarının lideri Mustafa Cəmiloğlu sürgündən azad olunublar. Ömrünün son illərində o, SSRİ xalq deputatı olaraq fəaliyyət göstərib, hüquq müdafiəçisi kimi çıxış edib. Amma təəsüüf ki, Saxarov evləndiyi gündən “mənim beyin mərkəzim” adlandırdığı erməni arvadı Yelena Əlixanyan-Bonnerin təsiri altında olub, onun təsiri ilə də Qarabağ münaqişəsində ermənilərin tərəfində durub və Azərbaycanlıların haqqını ədalətsizcəsinə tapdayıb

(moderator.az)