19 Aprel 2024
Xameneinin Bakıdan qaçan adamı Ocaqnejad HƏRƏKƏTƏ KEÇDİ - Generalla GÖRÜŞƏCƏK

Xameneinin Bakıdan qaçan adamı Ocaqnejad HƏRƏKƏTƏ KEÇDİ - Generalla GÖRÜŞƏCƏK

08 Oktyabr 2021
Baxış: 4013

“İki həftədir Azərbaycanı tərk edən Ocaqnejad İranda görüşlərə başlayıb”.

AJMEDİA.İNFO bu haqda jurnalist Elçin Alıoğluya istinadən məlumat verir.

Jurnalist qeyd edib:

“İranın dini lideri ayətulla Əli Xameneyinin Azərbaycandakı sabiq nümayəndəsi Əli Əkbər Ocaqnejad Tehrandadır. O, Azərbaycanı iki həftədir tərk edib. Hazırda Ocaqnejad İranın ali idarəetmə strukturları arasında yer alan “Mühafizlər Şurası”nın (“Şuraye Negahban”) və “Ekspertlər Məclisi”nin (“Məclise Xobregan”) üzvləri ilə görüşlər keçirir. Onun İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərkibindəki “Qüds” korpusunun komandiri, mərhum general Qasım Süleymaninin xələfi, briqada generalı İsmayıl Qəni ilə də görüşəcəyi istisna deyil.

Bu görüşlərdə əsas müzakirə mövzusu İran-Azərbaycan münasibətləridir”.