25 Aprel 2024
"WhatsApp"da 2 yeni funksiya

"WhatsApp"da 2 yeni funksiya

24 Aprel 2022
Baxış: 3028

"WhatsApp” növbəti yeniliklərini istifadəçilərin ixtiyarına verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Bildirilib ki, qrupda səsli zənglər zamanı eyni vaxtda 32-dək istifadəçi iştirak edə bilər. Bu funksiya hazırda iOS-un 22.8.80 versiyasında mümkündür. Yenilik tezliklə bütün istifadəçilər üçün də mövcud olacaq.

Bundan əlavə, audio zənglər zamanı ekrandakı interfeys də yenilənib. Bunun sayəsində istifadəçi kiminlə danışdığını rahat şəkildə müəyyən edəcək.

Qeyd edək ki, yenilənmədən əvvəl qrupda səsli zənglər zamanı eyni vaxtda 8 istifadəçi iştirak edə bilirdi.