22 May 2022

Azerbaijan, Baku

14°C/21°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Vladimir Putin təcili GÖSTƏRİŞ VERDİ

Vladimir Putin təcili GÖSTƏRİŞ VERDİ

11 May 2021
Baxış: 440

Rusiya Prezidenti Vladimir Putin bu gün Kazan şəhərindəki məktəbdə baş vermiş atışma ilə bağlı göstəriş verib.

AJMEDİA.info xəbər verir ki, Kazandakı terror hadisəsindən sonra Rusiya Prezidenti Vladimir Putin Milli Qvardiyanın başçısı Viktor Zolotova silahların mülki dövriyyəsi ilə bağlı yeni bir tənzimləmə hazırlanması barədə təlimat verib.

“Fakt budur ki, bəzən avtomat kimi atıcı silah növləri bəzi ölkələrdə ov silahı kimi qeydə alınır və s. Bununla bağlı təcli olaraq Rusiya Qvardiyası tənzimləmə proqramı hazırlamalıdır”, – Kremlin mətbuat katibi Dmitri Peskov deyib. V.Putin həmçinin terror qurbanlarının ailələrinə başsağlığı verib və yaralılara lazımi bütün köməyi göstərməyi əmr edib.(publika.az)

Qeyd edək ki, bununla bağlı Federasiyada matəm günü elan edilib.