19 Aprel 2024
Vladimir Jirinovski ÖLÜB? - Partiyası AÇIQLAMA YAYDI

Vladimir Jirinovski ÖLÜB? - Partiyası AÇIQLAMA YAYDI

14 Fevral 2022
Baxış: 706

Rusiya Liberal Demokrat Partiyası (LDP) üzvlərini Vladimir Jirinovskinin ölümü ilə bağlı şayiələrə inanmamağa çağırıb.

AJMEDİA.İNFO xəbər verir ki, partiya bu cür xəbərlərin hakerlər tərəfindən yayıldığını bildirib.

LDP Jirinovskinin ölümü ilə bağlı şayiələri yayanların tapılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib:

“Onların məsuliyyətə cəlb olunmasını tələb edirik”.

Qeyd edək ki, bir neçə gün öncə Vladimir Jirinovskinin koronavirus səbəbindən xəstəxanaya yerləşdirilməsilə bağlı məlumatlar yayılmışdı. Onun vəziyyətinin ağır olduğu qeyd edilmişdi.