20 Aprel 2024
Vilayət Eyvazov Mübariz Qurbanlının qardaşı oğluna VƏZİFƏ VERDİ

Vilayət Eyvazov Mübariz Qurbanlının qardaşı oğluna VƏZİFƏ VERDİ

26 Yanvar 2022
Baxış: 705

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Emin Qurbanov Samux Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin olunub.

O, bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

E.Qurbanov işdən çıxarılaraq sərəncama götürülmüşdü.

Qeyd edək ki E. Qurbanov Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşı oğludur.(oxu.az)