19 Aprel 2024
Vilayət Eyvazov məşhur iş adamının oğluna VƏZİFƏ VERDİ

Vilayət Eyvazov məşhur iş adamının oğluna VƏZİFƏ VERDİ

18 İyun 2021
Baxış: 3484

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə yeni rəis təyin olunub.

AJMEDİA.info xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovnik-leytenantı Bayram Zeynalov təyinat alıb. O, bu təyinatadək BDYPİ-nin Yol Hərəkətinin Təşkili şöbəsinin inspektoru vəzifəsində çalışıb.

Qeyd edək ki, B.Zeynalov Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun oğludur.(unikal.org)