25 Aprel 2024
Vilayət Eyvazov DYP-yə yeni rəis TƏYİN ETDİ - ƏMR

Vilayət Eyvazov DYP-yə yeni rəis TƏYİN ETDİ - ƏMR

21 Sentyabr 2021
Baxış: 638

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

AJMEDİA.İNFO manset.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Yusif Hüseynov Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi təyin edilib.

Yusif Hüseynov bundan əvvəl DYP sistemində tağım komandiri vəzifəsində çalışıb. Məlumat DİN-nin mətbuat xidmətindən saytımıza təsdiq edilib.

Qeyd edək ki, Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin keçmiş rəisi Firdovsi Yusubov bir xeyli müddət bundan əvvəl vəzifəsindən azad olunaraq təqaüdə göndərilib. Həmin vaxtan onun tutduğu vəzifə boş idi.