24 Aprel 2024
Vətən Müharibəsi şəhidi mayor Rüfət Əsgərovun anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi mayor Rüfət Əsgərovun anım mərasimi keçirildi - FOTO

14 Oktyabr 2021
Baxış: 504

Xətai rayonunda Vətən Müharibəsi şəhidi mayor Əsgərov Rüfət Mürvət oğlunun anım günü ilə əlaqədar xatirə lövhəsi və II Fəxri Xiyabanda məzarı ziyarət olunub.

AJMEDİA.İNFO xəbər verir ki,tədbirdə şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.

Mərasimdə iştirak edən ictimaiyyət nümayəndələri Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından, bu zəfərin əldə olunmasında, haqq yolunda ölümün gözünə dik baxan qəhrəman şəhidlərimizdən söz açmış, onlara Allahdan rəhmət diləmişlər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.