20 Aprel 2024
Vətən Müharibəsi şəhidi leytenant Samir Əliyevin məzarı ziyarət olundu

Vətən Müharibəsi şəhidi leytenant Samir Əliyevin məzarı ziyarət olundu

15 Oktyabr 2021
Baxış: 437

Xətai rayonunda Vətən Müharibəsi şəhidi leytenant Əliyev Samir Əliheydər oğlunun anım günü ilə əlaqədar II Fəxri Xiyabandakı məzarı ziyarət olunub.

AJMEDİA.İNFO xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin döyüş yoldaşları, oxuduğu məktəbin kollektivi, ailə üzvləri və qohumları iştirak ediblər.

Sayğı duruşu və Azərbaycanın dövlət himni səsləndikdən sonra çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-dən başlanan və şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildiriblər.

Haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Məktəblilərin ifasında ədəbi - bədii kompozisiya təqdim olunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.