28 Mart 2024
Ukraynanı Rusiya hücumlarından qoruyan TƏBİİ QALXAN - VİDEO + FOTOLAR

Ukraynanı Rusiya hücumlarından qoruyan TƏBİİ QALXAN - VİDEO + FOTOLAR

01 Aprel 2022
Baxış: 1534

Rusiyanın Ukraynaya müharibə elan etdiyi vaxtdan 36 gün keçir.

AJMEDİA.İNFO Konkret.az xəbər verir ki, ötən günlər ərzində Rusiya ciddi uğur qazana bilməsə də, Ukrayna Rusiya qoşunlarının ələ keçirdiyi kəndləri işğaldan azad edir.

ABŞ və Avropa dövlətləri Ukraynaya verdiyi dəstəyi davam etdirir. Ancaq Ukraynaya mübariz xalqı və ordusu ilə yanaşı öz iqlimi və təbiəti də kömək edir. Bu məsələdə İrpen və ətrafındakı meşələrin rolunu xüsusi qeyd etmək lazımdır. Belə ki, İrpen şəhəri və ətrafındakı meşələr rus qoşunlarının Kiyevə doğru irəliləməsinin qarşısını almaq üçün qalxan rolunu oynayır.

Paytaxt Kiyevdən 20 metr aralıda yerləşməsi İrpenin önəmini daha da artırır. Fasiləsiz qarşıdurmanın getdiyi İrpen və ətrafındakı meşəlik ərazilərdə tikinti texnikası ilə çoxlu xəndəklər və mövqelər qazılıb. Səngərlərə və mövqelərə çoxlu sayda Ukrayna əsgər və texnikası yerləşdirilib.

Paytaxt Kiyev və onun ətrafında təhlükəsizlik tədbirləri çərçivəsində şəhərdaxili yollara beton maneələr quraşdırılıb,dəmir baryerlərdən və qum torbalarından yeni barrikadalar qurulub. Uşaq parkları, yaşıllıqlar, mağazaların qarşısındakı meydanlar, əsas küçələr qum torbaları ilə əhatə olunmuş mövqelərdən ibarətdir. Bir sözlə, Kiyev və ətrafı “qum qalasına” çevrilib. Mövqelərdə əsgərlər 24 saat xidmət edir. Paytaxtda hər iki kilometrdən bir keçid məntəqələrində avtomobillər hərtərəfli yoxlanılır, pasport nəzarəti isə Ukrayna əsgərləri, polisləri və könüllülər tərəfindən həyata keçirilir.

İrpendən çəkilən görüntüləri təqdim edirik: