25 Aprel 2024
Ukraynada ağır itkilər verən Rusiya BU VASİTƏYƏ ƏL ATDI

Ukraynada ağır itkilər verən Rusiya BU VASİTƏYƏ ƏL ATDI

24 İyun 2022
Baxış: 662

Təlim keçmiş kadrları və ehtiyat döyüş qüvvələri olmayan Rusiya Ukraynaya qarşı müharibədə “Vaqner” muzdlularından istifadə edir.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyinin kəşfiyyat xidməti məlumat yayıb.

İngilis kəşfiyyatı Rusiyanın “Vaqner” qrupunun muzdlularını Hərbi Hava Qüvvələrinə də cəlb etməyə çalışdığını bildirib. Rusiyanın ciddi pilot çatışmazlığı olduğu deyilib.

“Bu, yəqin ki, Rusiyada lazımi təlim keçmiş kadrların olmaması və döyüş itkiləri ilə bağlıdır”, - məlumatda qeyd edilib.

“Vaqner” pilotlarının yalnız “Su-25”lərin köhnə modellərinə uyğun olduqlarına da diqqət çəkilib.

Ukrayna hərbi qüvvələri bundan əvvəl Donetsk vilayətinin Svetlodarsk rayonu yaxınlığında Rusiyanın “Su-25” hücum təyyarəsini vurub. “Vaqner” pilotu əsir götürülüb.(teleqraf.com)