23 Aprel 2024
Ukrayna ordusu ruslara QAN UDDURUR

Ukrayna ordusu ruslara QAN UDDURUR

11 İyul 2022
Baxış: 434

“Ukrayna ordusu ruslara qan uddurur”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu bunu keçmiş FTX zabiti və “DXR”in lideri İqor Strelkov (Qirkin) deyib. O, Ukrayna ordusunun qarşısında rusların aciz qaldığını bildirib.


“Düşmən (Ukrayna ordusu – red.)Donbasda raket zərbələri endirməkdə davam edir.

Göründüyü kimi, “Toçka- U” və “Uraqan”ın köməyi ilə endirilən zərbələrin öhdəsindən nisbətən gələn Rusiya hava hücumundan müdafiə sistemləri “Himars ” raketlərinin kütləvi zərbələrinə qarşı səmərəsiz olub. Bu gün Şaxtersk yenidən yanır və partlayır. Keçən dəfəkindən daha güclüdür”, – deyə Qirkin vurğulayıb.

Daha sonra o, Rusiyanın silah-sursat anbarlarının partladılmasından danışıb.

“Son 5-7 gündə yaxın və arxa cəbhəmizdə 10-dan çox böyük artilleriya və digər sursat anbarı, bir neçə neft anbarı, ona yaxın komanda məntəqəsi və eyni sayda şəxsi heyətin yerləşdiyi ərazi vurulub. Eləcə də bir neçə hava hücumundan müdafiə və artilleriya mövqelərimiz dağıdılıb. Heyət və texnikada böyük itkilər baş verib”, – deyə Qirkin əlavə edib.(konkret.az)