29 Mart 2024
UEFA-nın tibb komitəsinin başçısı yarışların bərpası şərtlərini açıqlayıb

UEFA-nın tibb komitəsinin başçısı yarışların bərpası şərtlərini açıqlayıb

30 Aprel 2020
Baxış: 575

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) tibb komitəsi iştirakçıların sağlamlığına zəmanət verən tövsiyələrə riayət edilməsi şərti ilə yarışların bərpa olunmasını mümkün sayır. AZƏRTAC xəbər verir ki, bunu UEFA komitəsinin başçısı Tim Meyer bildirib.

AZƏRTAC xəbər verir ki, Avropa milli turnirlərinin, demək olar, hamısı, Avropa Kuboku yarışları və yığmaların görüşləri koronavirus pandemiyası səbəbindən dayandırılıb. Rusiya Futbol İttifaqı (RFİ) bütün yarışları mayın 31-nə qədər dayandırıb.

"Öz yarışlarını bərpa etməyi düşünən bütün futbol təşkilatları iştirakçıların sağlamlığının müdafiəsinə dair sanitariya şərtlərini müəyyən edən müfəssəl protokollar hazırlayırlar. Bu cür şəraitdə və yerli qanunvericiliyə tam riayət edildikdə, şəksiz ki, yarışların bərpasını planlaşdırmaq olar", - deyə Meyer bildirib.

Yeni koronavirusun doğurduğu xəstəlik ocağı 2019-cu ilin sonunda Mərkəzi Çində qeydə alınıb, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı onu pandemiya kimi tanıyıb. Pandemiya başlanandan 3,1 milyondan çox adam koronavirusa yoluxub.

Teqlər: UEFA