20 Aprel 2024
"Türkiyəyə hər şeyi açıqlaya bilərik" - Finlandiyadan YALVARIŞ

"Türkiyəyə hər şeyi açıqlaya bilərik" - Finlandiyadan YALVARIŞ

21 May 2022
Baxış: 584

Finlandiyanın Avropa işlər naziri Tutti Tuppuraynen Türkiyə ilə ortaq dil tapa biləcəklərinə inandıqlarını və mütləq məsləhətləşmələrə hazır olduqlarını ifadə edərək, Türkiyə Prezidentinə anlaşılmaz ola biləcək hər şeyi izah etməyə hazır olduqlarını bəyan edib.

AJMEDİA.İNFO xəbər verir ki, nazir Tutti Tuppuraynen “France24” telekanalına müsahibədə ölkəsinin NATO-ya üzvlük müraciəti barədə danışıb.

Türkiyə və Finlandiyanın xüsusilə terrorla mübarizədə bir çox ortaq məqsədləri paylaşdığına inandığını vurğulayan Tuppuraynen, terrorla mübarizənin hər iki ölkənin prioriteti olduğunu qeyd edib.

Tuppuraynen Türkiyə ilə ümumi dil tapa biləcəklərinə inandıqlarını və məsləhətləşmələrə hazır olduqlarını bildirib: “Türkiyə Prezidentinə anlaşılmaz olan hər şeyi izah etməyə hazırıq”.

Finlandiyanın terrorçular üçün təhlükəsiz liman olmadığını izah edən Tuppuraynen bildirib ki, terrorla mübarizə mövzusunda bütün Avropa Birliyi (AB) direktivlərinə və siyasətlərinə əməl edirlər.

O, Finlandiyanın təkcə Baltik dənizi regionunda deyil, bütün NATO bölgələrində və Türkiyə ətrafında üzərinə düşən vəzifələri yerinə yetirərək NATO-ya dəyər qatacağını və bunun Türkiyənin də xeyrinə olacağını əlavə edib.(ölkə.az)