24 Aprel 2024
Türkiyənin yeni milli döyüş təyyarəsi bu ölkəni qorxuya saldı - FOTOLAR, VİDEO

Türkiyənin yeni milli döyüş təyyarəsi bu ölkəni qorxuya saldı - FOTOLAR, VİDEO

26 Noyabr 2022
Baxış: 488

Türkiyənin ən əhəmiyyətli müdafiə sənayesi layihələrindən biri olan və tikinti prosesində kritik mərhələni keçən milli döyüş təyyarəsi Yunanıstan mətbuatında böyük əks-səda doğurub.

AJMEDİA.İNFO xəbər verir ki, 2023-cü ildə anqardan çıxması gözlənilən təyyarə Yunanıstanı qorxuya salıb.

Belə ki, sözügedən layihə ilə bağlı Yunan mətbuatı geniş şəkildə yazılar dərc edib.

“Sabah” qəzetində yer alan xəbərə görə, Müdafiə Sənayesi Rəyasət Heyətinin (SSB) koordinasiyasında Türk Aerokosmik Sənayesinin (TUSAŞ) əsas inteqratoru olan milli döyüş təyyarələri layihəsində kritik mərhələlər bir-bir tamamlanır. Türkiyənin ən mühüm müdafiə sənayesi layihələrindən biri olan "Milli Döyüş Təyyarəsi"nin tikinti prosesi kritik mərhələni keçdiyi üçün təyyarənin gövdəsi və qanad hissələri son montaj xəttinə daşınaraq montaj işlərinə başlanılıb.

18 mart 2023-cü ildə anqardan buraxılacaq ilk prototipin montaj və sistem inteqrasiyası işlərinə rəsmi olaraq start verilib.

Musavat.com