20 Aprel 2024
Türkiyənin İsveçdəki səfirliyinin qarşısında Quran YANDIRILDI

Türkiyənin İsveçdəki səfirliyinin qarşısında Quran YANDIRILDI

22 Yanvar 2023
Baxış: 386

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılmasına sərt reaksiya verib.

AJMEDİA.İNFO 32gun.az-a xəbər verir ki, o, bu barədə Tviter hesabında paylaşım edib.

“Stokholmda Qurani-Kərimin yandırılması açıq-aşkar nifrət və insanlıq cinayətidir. Biz bunu qətiyyətlə pisləyirik. Bütün xəbərdarlıqlarımıza baxmayaraq, bu hərəkətə icazə vermək cinayətkar nifrət və islamofobiyanı təşviq edir. Müqəddəs dəyərlərə təcavüz azadlıq deyil, müasir barbarlıqdır",- deyə rəsmi qeyd edib.

Bildirək ki, İsveç hakimiyyəti Danimarkanın ifrat sağçı Stram Kurs hərəkatının lideri Rasmus Paludana Quranın nüsxəsini açıq şəkildə yandırmağa yenidən icazə verib