İsrailli şair və tərcüməçi Meir Wieseltier 82 yaşında vəfat...
3 saat əvvəlTürkiyəli futbol şərhçisindən canlı yayımda QƏRİBƏ HƏRƏKƏT - Milçək yedi + VİDEO
09 May 2022
Baxış: 320
Türkiyəli futbol şərhçisi və keçmiş hakim Ahmet Çakarın canlı yayımda etdiyi hərəkət sosial mediada gündəm olub. Belə ki, o, fincanına qonan milçəyi yeyib.
Kadrlardan görünür ki, həşərat futbol şərhçisinin fincanına qonandan sonra digər şərhçi Rasim Ozan ondan milçəyi tutmasını istəyib. Çakar isə nəinki milçəyi tutur, hətta onu ağzına ataraq çeynəməyə başlayıb.
AJMEDİA.İNFO Cumhuriyyet-ə istinadən xəbər verir ki, proqramın digər iştirakçıları Sinan Engin, Rasim Ozan Kütahyalı və Abdülkerim Durmaz heyrətlərini gizlədə bilməyiblər. Onlardan bəziləri isə Çakarın bu hərəkətindən özünü pis hiss edib.
Keçmiş hakimin rahat və sakit davranışı sosial mediada da gündəm olub.