20 Aprel 2024
Türkiyədən PKK-ya ağır zərbə: “Sofi Nurəddin" belə məhv edildi - ANBAAN VİDEO

Türkiyədən PKK-ya ağır zərbə: “Sofi Nurəddin" belə məhv edildi - ANBAAN VİDEO

18 May 2021
Baxış: 1288

Ötən gün Türkiyə hökumətinin iclasından sonra Prezident Rəcəb Tayyib Ərdoğan PKK/YPG-nin sözdə hərbi qanadına rəhbərlik edən “Sofi Nurəddinin” zərərsizləşdirildiyini açıqlayıb.

AJMEDİA.info xəbər verir ki, bu gün Türkiyə Milli Müdafiə Nazirliyi Tvitter hesabında PKK-nın əsas liderlərindən olan “Sofi Nurəddin” kod adlı terrorçunun məhv edilməsi görüntülərini paylaşıb.

Qeyd edək ki, 1990-cı ildən PKK-ya qatılan “Sofi Nurəddin” yüzlərlə günahsız türkün öldürülməsinə görə günahkardır. Türkiyə dövləti onu İnterpol vasitəsilə axtarışa vermişdi.

Milli Kəşfiyyat İdarəsi (MİT) və Türk Silahlı Qüvvələrinin (TSK) birgə əməliyyatı sayəsində terrorçu İraqın Qəndil dağlarında məhv edilib.