Azərbaycan pasportu ilə neçə ölkəyə vizasız səfər etmək olar...
dünən 15:48Türkiyədə azərbaycanlı kişi qayınatasını öldürdü - FOTO
23 İyun 2022
Baxış: 163
İstanbulun Başakşehir bölgəsindəki meşəlik ərazidə meyit aşkarlanıb.
AJMEDİA.İNFO-nun Türkiyə mətbuatına istinadən məlumata görə, ölən şəxsin azərbaycanlı Mübariz Nuriyev olduğu müəyyən edilib.
Təhlükəsizlik kameralarına baxış keçirən polis qatili aşkarlayaraq saxlayıb.Araşdırmalar zamanı Nuriyevi öldürən şəxsin kürəkəni H.H.S. olduğu ortaya çıxıb. O, qayınatasını meşədə silahla vuraraq oradan qaçıb. Mübariz Nuriyev hadisə yerində dünyasını dəyişib.
Saxlanılan şəxsin də azərbaycanlı olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırmalar davam edir.