29 Mart 2024
Türkiyə və ABŞ-ın müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər

Türkiyə və ABŞ-ın müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər

02 Oktyabr 2021
Baxış: 581

Türkiyənin milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığı aparıb.

“Anadolu”u xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Məlumata görə, tərəflər ikitərəfli və regional əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar. Türkiyə və ABŞ-ın müdafiə nazirləri həmçinin müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

Hulusi Akarla Lloyd Ostin iki ölkə arasında daha sıx əməkdaşlıq və koordinasiya yolu ilə hərbi əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar. (Report)