25 Aprel 2024
Türkiyə Ukraynanı, yoxsa Rusiyanı seçəcək? - Ərdoğandan CAVAB

Türkiyə Ukraynanı, yoxsa Rusiyanı seçəcək? - Ərdoğandan CAVAB

23 Fevral 2022
Baxış: 457

“Nə Ukrayna, nə də Rusiyadan imtina edə bilərik”.

AJMEDİA.İNFO “Haberturk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Rusiyaya hərbi, iqtisadi və ya siyasi sanksiya tətbiq edə bilərmi” sualına cavabında bildirib.

“İkisindən də imtina etmək mümkün deyil. Rusiya ilə həm siyasi, həm hərbi, həm də iqtisadi əlaqələrmiz var. Ukraynadan imtina et desəniz, edə bilmərik, Rusiyadan imtina et desəniz, onu da edə bilmərik. Çünki onunla da indiki vəziyyətdə inkişafda olan əlaqələrimiz var. Biz heç birindən imtina etmədən bu işin həll olunmasını istəyirk. Ona görə də komandamız və heyətimizlə görüşlər keçirəcəyik. Onun üçün də NATO liderlərinin zirvə toplantısına çox böyük əhəmiyyət veririk. Bu tədbirdə bütün liderlərin nə düşündüklərini görəcəyik. Bundan sonra özümüz fəaliyyət göstərəcəyik”, – deyə dövlət başçısı vurğulayıb.(Report.az)