29 Mart 2024
Türkiyə Silahlı Qüvvələri daha 9 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri daha 9 terrorçunu zərərsizləşdirib

11 Sentyabr 2021
Baxış: 531

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı “Pençe-Kaplan” bölgəsində keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 9 silahlısı zərərsizləşdirilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin tviter səhifəsində bildirilib.

“Əməliyyatlarımız sonuncu terrorçu zərərsizləşdirilənədək davam edəcək”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, “Pence-Kaplan” antiterror əməliyyatı Türkiyə daxilində və terrorçuların daha çox düşərgə saldığı İraqın şimalında keçirilir. Əməliyyat 2019-cu il mayın 28-də başlayıb.