28 Mart 2024
Türkiyə Prezidenti: "Paşinyandan müsbət mesajlar alırıq"

Türkiyə Prezidenti: "Paşinyandan müsbət mesajlar alırıq"

23 Sentyabr 2021
Baxış: 436

“Bizim beşlik və ya altılıq platforması adlandırdığımız əməkdaşlıq variantı var idi. Hazırda bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyandan da müsbət mesajlar alırıq. Bu müsbət mesajlarla bərabər bu məsələdə bəzi addımlar da atacağıq”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində türkiyəli jurnalistlərə müsahibəsində deyib.

“Bölgədə sülhün yaradılması məsələsini yaxşı bir nöqtəyə qədər inkişaf etdirmək fürsəti qazanmış olacağıq. Ayın sonunda cənab Putinlə keçirəcəyim görüşdə bunlar da müzakirə edilən məsələlər arasında yer alacaq. Bununla da, Türkiyə-Rusiya əlaqələrində daha güclü və daha fərqli dönəmə qədəm qoymuş olacağıq” – Ərdoğan qeyd edib.