19 Aprel 2024
Türkiyə ordusunda yeni PUA

Türkiyə ordusunda yeni PUA

27 Avqust 2021
Baxış: 718

Türkiyənin “Baykar” müdafiə sənayesi şirkəti ölkənin silahlı qüvvələrini yeni PUA ilə təchiz etməyə hazırlaşır.

Şirkətin sosial media hesabından yayılan məlumata görə, üç gün sonra “Bayraktar Akıncı” PUA-ları Türkiyə ordusunun istifadəsinə veriləcək.

“Baykar”ın qurucularından biri olan Səlcuq Bayraktar əlamətdar hadisəni özünəməxsus şəkildə şərh edib. O, “Akıncı”nın əvvəlcə iməklədiyini, sonra yeridiyini, ardından da uçduğunu, daha sonra isə böyüyərək vətənə xidmətə yollandığını bildirib. (Oxu.az)