19 Aprel 2024
"Türkiyə ilə dialoq çox müsbətdir" - Paşinyan

"Türkiyə ilə dialoq çox müsbətdir" - Paşinyan

16 İyun 2022
Baxış: 375

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə Ermənistan arasında dialoqun normallaşma prosesində müsbət irəliləyiş olduğunu bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, “Əl-Cəzirə” telekanalına danışan Paşinyan Türkiyə ilə 30 ildir bağlı olan sərhədin açılmasına ümid etdiyini bildirib.

“Ankara ilə İrəvan arasında münasibətləri normallaşdırmağın yolu nədir? sualına Paşinyan "Dialoq çox müsbətdir, ümid edirik ki, nəzərəçarpacaq nəticələr əldə edəcəyik", - deyə cavab verib.