29 Mart 2024
“Türkiyə-Ermənistan anlaşması...” - Erməni akademikdən ŞOK ETİRAF

“Türkiyə-Ermənistan anlaşması...” - Erməni akademikdən ŞOK ETİRAF

25 Aprel 2022
Baxış: 429

“Ankara və İrəvan arasında münasibətlərin pis olması Türkiyədən daha çox Ermənistan xalqına zərər vurur”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu erməni akademik İver Torikyan “Anadolu”ya müsahibəsində deyib.

Torikyan dənizə çıxışı olmayan ölkəsinin təbii sərvətlərə malik olmadığını da bildirib: “Mənə görə, Türkiyə ilə zəif əlaqələrin təsiri Ermənistanın və xalqının yoxsullaşması deməkdir”.

Akademik Türkiyə və Ermənistanın sərhədlərinin açılmasından digər qonşu ölkələrin də faydalanacağını söyləyib.

İki ölkə arasında birbaşa uçuşların bərpasının vacibliyinə diqqət çəkən Torikyan bunun Türkiyədə çalışan ermənilər üçün xüsusilə faydalı olacağını vurğulayıb.

Dünyadakı 8 milyon ermənidən yalnız 2 milyonunun Ermənistanda yaşadığını bildirən akademik qazandıqları valyutanı ölkəsinə göndərən xaricdə yaşayan ermənilərin ölkədə böyük təsirə malik olduqlarını deyib.

Torikyan qeyd edib ki, erməni diasporunun Ankara-İrəvan münasibətlərinə baxışları Ermənistandakından fərqlidir.

Ermənistanda yaşayan ermənilərin qərarları özlərinin verə bilmələrinin vacibliyinə toxunan İver Torikyan söyləyib: “Türkiyədəki türklərin yox, Türkiyə xaricindəki türklərin Türkiyə ilə bağlı qərar vermə prosesində təsiredici olması nə qədər qəribə olardı?”

Onun sözlərinə görə, diaspor erməniləri ideoloji səbəblərdən Ankara və İrəvan arasında yeni müqavilələrə qarşı çıxırlar:

“Onlar ideoloji baxımdan təfəkkürün sərhədlərini də aşa bilirlər. ABŞ və Fransadakı ermənilər bilirlər ki, Ankara-İrəvan əlaqələrinin zəif olması onların dolanışığına heç bir mənfi təsir göstərməyəcək və öz icmalarını bir arada saxlayan anti-Türkiyə aksiyalarında da iştirak edə biləcəklər”.

Torikyan diaspordan fərqli olaraq, ölkədəki insanların əksəriyyətinin Türkiyə-Ermənistan münasibətlərinin daha yaxşı olmasını istədiyini iddia edib: “Pis münasibətlər erməni xalqı üçün çətinliklər yaradır və daha yaxşı münasibətlərin həyat standartlarını yüksəldəcəyini bilirlər”.