18 Aprel 2024
Türk Dövlətləri Təşkilatı Azərbaycana başsağlığı verdi - FOTO

Türk Dövlətləri Təşkilatı Azərbaycana başsağlığı verdi - FOTO

30 Noyabr 2021
Baxış: 796

Türk Dövlətləri Təşkilatı helikopter qəzasıyla bağlı Azərbaycana başsağlığı verib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə qurumun “Twitter” səhifəsində paylaşım edilib.

“Bu gün Azərbaycanda Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin düşməsi xəbərini təəssüflə öyrəndik. Bu faciəli qəzada itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralananlara şəfalar diləyir, qardaş Azərbaycan xalqına və qəhrəman silahlı qüvvələrinə dərin hüznlə başsağlığı veririk”, - deyə paylaşımda bildirlib.