20 Aprel 2024
Toyların təşkilində, qayda pozuntuları aşkarlanıb

Toyların təşkilində, qayda pozuntuları aşkarlanıb

23 İyul 2021
Baxış: 645

Şənlik mərasimlərinin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə şadlıq saraylarında gündəlik monitorinqlər davam etdirilir. Monitorinq qrupları tərəfindən bu günədək 800-dən çox obyektdə şənlik mərasimləri keçirilərkən qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, növbəti monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə müəyyənləşdirilən qaydaların pozulması hallarına rast gəlinib. Bu, əsasən toy keçirilən məkanlarda qonaqların sayının icazə verilən normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması və s. ilə bağlıdır. Belə ki, monitorinq aparılan mərasimlərdə iştirak edən 108 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb, onların bir hissəsində (12 min nəfərə yaxın) nöqsanlar aşkar edilib. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 500 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub. Bununla yanaşı, monitorinqlər zamanı 21 şənlik mərasiminin icazə.e-gov.az portalına daxil edilmədən təşkil olunduğu da aşkarlanıb.