20 Aprel 2024
Terrorçu dövlət televiziyasında Türkiyəni hədələdi – “Cavab verəcəyik”

Terrorçu dövlət televiziyasında Türkiyəni hədələdi – “Cavab verəcəyik”

23 İyun 2022
Baxış: 529

İsveç dövlət televiziyası SVT YPG/PKK terror təşkilatının liderlərindən biri Məzlum Kobani ləqəbli Fərhad Abdi Şahindən müsahibə alıb.

AJMEDİA.İNFO xəbər verir ki, İsveçin Türkiyə ilə NATO-ya üzvlüklə bağlı danışıqlar apardığı vaxtda SVT-yə danışan Şahin türk ordusunun Suriyanın şimalında keçirəcəyi mümkün antiterror əməliyyatına cavab verəcəklərini bildirib.

Terrorçuların lideri Türkiyənin mümkün əməliyyatla bağlı NATO ölkələrinə təzyiq etdiyini iddia edib: “İsveç bizə dəstəyini davam etdirməli və bunun siyasi və mənəvi olduğunu izah etməlidir”.

SVT bundan əvvəl YPG/PKK-nın liderlərindən biri, ABŞ hərbi bazasında gizlənən Saleh Müslümdən də müsahibə almışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın buna reaksiyası belə olmuşdu:

“İsveç terrorçuları Stokholm küçələrində gəzdirir və öz polisi ilə onların təhlükəsizliyini təmin edir. Hətta bizimlə görüşdükləri günün axşamı Saleh Müslüm adlı terrorçunu İsveç dövlət televiziyasında danışdırmaqla bizə qarşı hər cür yanlışı edirlər”.(teleqraf)