28 Mart 2024
Terror hücumu planlaşdıran fələstinlilər həbs olundu

Terror hücumu planlaşdıran fələstinlilər həbs olundu

19 İyul 2020
Baxış: 492

İsrail ordusu Ramallah yaxınlığında terror aktı etməyi planlaşdıran üç fələstinlinin həbs olunduğunu bildirib.

Qeyd olunur ki, fələstinlilər Ramallahın şimalındakı Jalazon qaçqın düşərgəsi yaxınlığında saxlanılıblar.

Hərbçilərin dediyinə görə, həbs olunanlar avtomobildən partlayıcı qurğunu Beyt El yəhudi icmasına tərəf atmaq və eyni zamanda odlu silahdan atəş açmağı planlaşdırıblar.

Şübhəlilər dindirilmək üçün Shin Bet-ə aparılıb.

Teqlər: Terror