29 Mart 2024
Tel-Əvivdə metro tikintisinin "son mərhələsi"

Tel-Əvivdə metro tikintisinin "son mərhələsi"

08 Sentyabr 2020
Baxış: 3734

NATA Korporasiyasının baş direktoru Haim Glik, Təl-Əvivdə sürətli tramvay tikintisi layihəsinin "son mərhələyə" başladığını söyləyib.

Glik, "Tel Aviv metrosunun qırmızı xəttinin yaxın iki ildə tamamlanacağına inanırıq " deyə bildirib.

Koronavirus böhranı səbəbindən Çinli işçilər fevral ayından bəri İsrailə gedə bilmirlər. Həm də avadanlıq təchizatı dörd ay təxirə salınıb.

Üç həftə əvvəl, Çin CRTG korporasiyasından 92 işçi xüsusi uçuşla İsrailə ezam edildi. Elektrik, rabitə və siqnal sistemlərinin quraşdırılması ilə məşğul olmalıdırlar. İşçilər iki həftə karantinada olduqları və artıq işə başladıqları bildirilir.