29 Mart 2024
“Təhsilsiz”, “geridə qalmış” - Gürcülər azərbaycanlıları TƏHQİR ETDİLƏR

“Təhsilsiz”, “geridə qalmış” - Gürcülər azərbaycanlıları TƏHQİR ETDİLƏR

23 Sentyabr 2021
Baxış: 621

Gürcüstanda miqrantlar və etnik azlıq nümayəndələri tez-tez diskriminasiyaya məruz qalır və onlara münasibətdə təhqiredici epitetlərdən istifadə edilir.

AJMEDİA.İNFO xəbər verir ki, bu məlumat Gürcüstanın Tolerantlıq və Fərqliliq İnstitutunun hesabatında yer alıb.

Məlumata görə, Gürcüstanda fərqli etnik azlıqlara qarşı müxtəlif stereotiplər var.

Hesabatda etnik ermənilərə “yalançı”, “oğru”, “xəsis”, “satqın” sözlərindən, azərbaycanlılara qarşı “təhsilsiz”, “geridə qalmış” ifadələrindən istifadə edildiyi vurğulanıb. Məhz bu amillərin etnik azlıqların cəmiyyətə tam inteqrasiyasına mane yaratdığı qeyd edilib.

Təşkilatın hesabatında Gürcüstanda dini azlıqlara qarşı bərabər münasibət olmadığı da bildirilib. Üstəlik, etnik azlıqların bir qismi polis tərəfindən irqi ayrı-seçkiliyə məruz qaldıqlarını deyiblər.

Bununla belə bu iddia ilə razılaşmayan respondentlərin sayı da az deyil.