29 Mart 2024
Təbii qazın yeni tarifləri ilə ödənişə nə vaxtdan başlanacaq? - RƏSMİ

Təbii qazın yeni tarifləri ilə ödənişə nə vaxtdan başlanacaq? - RƏSMİ

30 İyun 2021
Baxış: 546

Əvvəldən ödənişli sayğaclar üzrə gələn həftədən etibarən, mexaniki sayğaclar üzrə isə 10 iyul tarixinə qədər sayğacları oxuduqca prosesə başlanılacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, mexaniki sayğaclar üzrə hələ ki, oxunuş həyata keçiriləcək:

“Mexaniki sayğaclar üzrə ayın 10-na qədər əvvəlki tariflərdən istifadə edəcəksiniz. Əvvəldən ödənişli sayğaclarda isə proqram təminatı üzrə ayın 10-a kimi dəyişiklik olacaq. Növbəti aydan etibarən isə artıq iyul ayında işlədilən qaz həcmi yeni tarifdə ödəniləcək”.

Qurumun sədri əlavə edib ki, proseslə əlaqədar yaranacaq suallarla bağlı quruma müraciət edilə bilər.