29 Mart 2024
TƏBİB-dən erkən nikahlarla bağlı HƏYƏVAN TƏBİLİ

TƏBİB-dən erkən nikahlarla bağlı HƏYƏVAN TƏBİLİ

24 İyun 2022
Baxış: 369

"Azərbaycanda yetkinlik yaşına çatmayanların hamiləlik statistikasını apara bilmirik".

AJMEDİA.İNFO xəbər verir ki, bunu TƏBİB-in Tibbi Fəaliyyətin təşkili departamentinin koordinatoru Hicran Kazımova deyib.

O bildirib ki, yeniyetmələrin 15%-də çanağın darlığı müşahidə edilir:

"Erkən nikahın tibbi fəsadları çox ciddidir. Yeniyetmələrdə hamiləliyin sonunda uşağın itirilməsi normal yaşda hamiləlik keçirən qadınlardan iki dəfə çoxdur. Bundan başqa, bətndaxili inkişaf geriliyi, qüsurları müşahidə edilir. Tibb müəssisələrinə əgər 18 yaşına çatmamış hamiləliklə bağlı müraciət olunursa, bu zaman müəssisə tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunur. Bu da təbii ki, hüquqi prosedurların başlamasıdır. Buna görə də biz Azərbaycanda yetkinlik yaşına çatmayanların hamiləlik statistikasını apara bilmirik".