29 Mart 2024
“Tarif Şurası ləğv edilsin, səlahiyyətləri parlamentə verilsin” - Deputatdan TƏKLİF

“Tarif Şurası ləğv edilsin, səlahiyyətləri parlamentə verilsin” - Deputatdan TƏKLİF

02 İyul 2021
Baxış: 3105

Deputat Razi Nurullayev Tarif Şurasının ləğv edilməsini təklif edib.

AJMEDİA.İNFO-nun qafqazinfo-ya istinadən məlumatına görə, R. Nurullayev parlamentdə bildirib ki, Tarif Şurası ləğv edilməli və səlahiyyətləri parlamentə verilməlidir:

“10 milyonluq xalqın hər bir ailəsinin və fərdinin gündəlik yaşayışına təsir edən qərarları 5-6 nəfər yox, 10 milyonluq xalqın hər bir nəfərini təmsil edən Milli Məclis üzvləri qəbul etməlidir. Çünki Tarif Şurasının qəbul etdiyi qərarlar ciddi sosial narazılıq yaradır və əsaslandırma arqumentləri də tutarlı deyil”.