19 Aprel 2024
Taliban: "İsrail İslam dünyasının bədənində bir şişdir"

Taliban: "İsrail İslam dünyasının bədənində bir şişdir"

04 Sentyabr 2021
Baxış: 2819

The Algemeiner xəbər verir ki, Taliban sözçüsü Zabihollah Mücahid İranın Əl-Aləm televiziyasında çıxış edərək İsrail dövləti haqqında bir sıra sərt ifadələr səsləndirib.

Ümumi məsələlər arasında Mücahid, İsrailin "İslam dünyasının bədənində bir şiş" olduğunu söyləyib. Həmçinin, Taliban hərəkatının nümayəndəsinə görə, Yerusəlim "ümumi problemdir".

Xatırladaq ki, Taliban hərəkatının Əfqanıstanı ələ keçirmək üçün etdiyi hərəkətlər təkcə İranda deyil, Həmasda da müsbət qarşılanmışdır.