18 Aprel 2024
Şuşada “Bayatı Şiraz”: Təsirli ifa... - VİDEO

Şuşada “Bayatı Şiraz”: Təsirli ifa... - VİDEO

12 May 2021
Baxış: 819

Bu gün Şuşa şəhərində, Cıdır düzündə baş tutan “Xarıbülbül” musiqi festivalının bədii hissəsi gənc xanəndə Kənan Bayramlının ifası ilə başlayıb.

Xanəndənin ifa etdiyi “Bayatı Şiraz” muğamından parça festivalın qonaqlarını kövrəldib. İfanın təsirindən göz yaşlarını saxlaya bilməyənlər də olub.

Qeyd edək ki, festivalın açılışı zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AJMEDİA.info həmin ifanı təqdim edir: