25 Aprel 2024
Şuşa və Daşaltının içməli su təchizatı sistemləri yenidən qurulur - FOTO

Şuşa və Daşaltının içməli su təchizatı sistemləri yenidən qurulur - FOTO

06 Yanvar 2022
Baxış: 3449

“Azərsu” ASC-də Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun ilk iclası keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki,Qurumdan verilən məlumata görə, iclasda işçi qrupuna daxil olan müxtəlif dövlət təşkilatlarının mütəxəssisləri iştirak edib.

İşçi qrupunun rəhbəri, “Azərsu”nun sədr müavini Etibar Məmmədov Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin içməli su təchizatının bərpası məqsədilə görülmüş işlər barədə məlumat verib. O, bildirib ki, mürəkkəb relyef və sərt iqlim şəraitində Kiçik Kirs-Şuşa və Zarıslı-Şuşa magistral su kəmərlərinin qəzalı hissələri bərpa edilib və ötən ilin noyabr ayından etibarən şəhərdə fasiləsiz xidmət təşkil edilib.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2021-ci ildə Kiçik Kirs-Şuşa magistral su kəmərinin 5,7 km-lik hissəsi polad borularla yenidən qurulub.

İclasda Şuşa şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması məqsədilə perspektivdə nəzərdə tutulan işlər müzakirə olunub.