18 Aprel 2024
Suriyadan raket atıldı: İsrail Ordusu CAVAB VERDİ - Ölən və yaralananlar var

Suriyadan raket atıldı: İsrail Ordusu CAVAB VERDİ - Ölən və yaralananlar var

09 Fevral 2022
Baxış: 3332

İsrail ordusu bu gün gecə saatlarında Suriyaya aid radar və zenit qurğularını məhv edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Buna səbəb Suriyadan İsrailə zenit raketin atılması olub:

“Suriyadan atılan zenit raketi İsrail hava məkanında partladıqdan sonra İsrail Müdafiə Qüvvələri Suriyadakı zenit qurğularını hədəf alıb. İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın radar və zenit qurğularına zərbələr endiriblər”, - məlumatda qeyd olunub.

Suriyanın SANA agentliyinin verdiyi məlumata görə, Dəməşqə endirilən zərbələr nəticəsində Suriya ordusunun 1 hərbçisi ölüb, daha 5 nəfər isə yaralanıb.