18 Aprel 2024
Suriyada neft mədəninə terror hücumu olub, ölənlər var

Suriyada neft mədəninə terror hücumu olub, ölənlər var

02 Dekabr 2021
Baxış: 798

Suriyanın şərqindəki Deyr ez-Zor əyalətində Əl Xarata neft mədəninə terror hücumu olub.

AJMEDİA.İNFO SANA-ya istinadən xəbər verir ki, naməlum şəxslər neftçiləri daşıyan avtobusa hücum ediblər.

Hadisə nəticəsində 10 nəfər neftçi ölüb, bir nəfər də yaralanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.