24 Aprel 2024
Sumqayıtda zibil qabına atılan körpə qız uşağının GÖRÜNTÜLƏRİ - VİDEO

Sumqayıtda zibil qabına atılan körpə qız uşağının GÖRÜNTÜLƏRİ - VİDEO

07 İyul 2021
Baxış: 1242

11:17

Sumqayıtda zibil qabından yeni doğulmuş qız uşağı tapılıb.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə şəhərin “Yaşıldərə” yaşayış massivində qeydə alınıb.

Belə ki, sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət edib və yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib. Körpənin vəziyyəti hazırda kafidir.

Faktla bağlı araşdırma aparılır.

APA-nın yaydığı yeni məlumata görə, körpə qız Sumqayıtda fəaliyyət göstərən doğum evlərinin heç birində doğulmayıb. Körpənin ev şəraitində və vaxtından əvvəl dünyaya gəldiyi bildirilir.

Məlumata görə, Sumqayıtda Perinatal Mərkəzdə saxlanılan körpənin vəziyyəti yaxşıdır və hər hansı bir həyati təhlükəsi yoxdur.

Uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar davam etdirilir.

***

Video əlavə olunub: